Hizbullahın hücumlarında 120 sionist əsgər həlak olub və yaralanıb

Hizbullahın hücumlarında 120 sionist əsgər həlak olub və yaralanıb

Livanın Hizbullah hərəkatı bu ölkənin cənub sərhədlərində keçirilən əməliyyat zamanı 120-dən çox sionist əsgərin öldürüldüyünü və yaralandığını bildirib.

Livanın Hizbullah hərəkatı oktyabrın 8-dən indiyədək sionist düşmənin casusluq, rabitə və radar sistemlərinə qarşı 105 hücum təşkil etdiyini açıqlayıb.

Hizbullah vurğulayıb ki, bu ölkənin cənub sərhədlərində keçirilən əməliyyat zamanı 120 sionist əsgər öldürülüb və yaralanıb, 9 tank məhv edilib və bir pilotsuz təyyarə vurulub.

Əl-Əqsa tufanı əməliyyatının başlamasından bir neçə gün sonra Hizbullah qüvvələri İsrailin şəhər və qəsəbələrinə raket və artilleriya hücumlarına başlayıb. Hazırda bu hücumlar genişlənir və Hizbullah daha uzun mənzilli raketlərdən istifadə edir.

Hizbullah dünən (bazar ertəsi) “Bəyaz Bəlidə” hərbi qərargahında sionist rejim hərbçilərinə məxsus texniki və casusluq vasitələrini hədəfə aldığını elan edib.

Bu hücumların müvafiq silahlarla həyata keçirildiyini bildirən Hizbullah, hücumlar nəticəsində bir neçə İsrail əsgərinin də yaralandığını bildirib.

ABŞ Ordusunun və Hərbi TV-nin hərbi məsələlər üzrə analitiki, təqaüddə olan polkovnik Duqlas Makqreqor deyib: “İsraillilər Qəzzaya hücum etsələr, bu müharibə iki cəbhəyə çevriləcək və Hizbullah İsrailə 100 min raket atacaq. Sonra başqa aktyorlarla qarşılaşacaqsınız: Suriya, Türkiyə, İran və təbii ki, Rusiya. Rusiya İrana hücumu seyr etməyəcək”.

Sionist rejimin tanınmış hərbi analitiklərindən olan Tal Liyu Ram da etiraf edib ki, bu rejimin ordu qüvvələri Qəzzada hər hansı quru əməliyyatından son dərəcə qorxudadırlar.

 “Maariv” qəzeti Rama istinadən xəbər verir ki, 2014-cü il müharibəsi zamanı sionist ordu öz təhlükəsizlik boşluqlarına məhəl qoymayıb və yalnız nailiyyətlər adlandırdığı məsələlərlə məşğul olub, lakin bu nailiyyətlər uzunmüddətli perspektivdə effektiv strateji səviyyəyə çatmayıb.

O, sözünə davam edərək deyib: “Sionist kəşfiyyat xidməti HƏMAS və digər müqavimət qruplarının nə ilə məşğul olduğunu öyrənə bilməyib.

İsrail ordusu 2008 və 2009-cu illərdə geniş quru əməliyyatlarına başlamağı planlaşdırırdı, lakin 2006-cı il müharibəsində quru qoşunlarının məğlubiyyəti ilə (Sionistlərin Hizbullaha qarşı məğlubiyyəti) İsrailin siyasi liderləri bu əməliyyatları həyata keçirməklə bağlı artıq orduya etibar etmirlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + nine =