Hizbullahın “Sarullah” sisteminin ilk görüntüləri yayımlanıb-Video

Hizbullahın “Sarullah” sisteminin ilk görüntüləri yayımlanıb-Video

“Əl-Mənar” kanalı Livan İslami Müqavimətinin “Zireh əleyhinə” bölməsinin təlimlərindən ilk dəfə olaraq Hizbullahın “Sarullah” sisteminin şəkillərini dərc edib.

“Əl-Mənar” kanalı bu axşam (cümə) ilk dəfə olaraq Livan İslami Müqavimətinin “Zireh əleyhinə” bölməsinin təlimləri zamanı Hizbullahın “Sarullah” idarə olunan raket sisteminin görüntülərini dərc edib.

Əl-Elamul-Hərbiyy internet saytının Livan şöbəsi bildirib ki, bu sistemin ən mühüm xüsusiyyətləri zireh əleyhinə, iki buraxılış qurğusundan ibarət Kornet raketləri ilə atış üçün əlverişli olması, yüksək dəqiqlik və hədəfləri eyni vaxtda məhv etməsi, gecə-gündüz istifadəyə yararlı olması, asan daşınması və yüksək manevr qabiliyyətinə malik olmasıdır.

Əl-Elamul-Hərbiyy internet saytı bu sistemin 2015-ci ildə İslami Müqavimət Təşkilatına çatdığına və bir neçə sahədə istifadə edildiyinə və çox yaxşı nəticələr verdiyinə diqqət çəkib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 1 =