Hizbullahın sionist əsgərlərə raketlə hücum etdi

Hizbullahın sionist əsgərlərə raketlə hücum etdi

  Livan İslami Müqaviməti işğal olunmuş Fələstinin şimalında sionistlərin “Margliot” qəsəbəsini raketlə hədəfə alıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Livan Hizbullahı bu gün səhər (27 may) verdiyi bəyanatda Qəzza zolağında Fələstin xalqına və onların cəsarətli və şərəfli müqavimətinə dəstək vermək və sionist rejimin Livanın cənubundakı kəndlərinə təcavüzkar hücumlarına cavab olaraq sionistlərin Margliut qəsəbəsində bir binanı hədəfə aldığını elan edib.

Hizbullahın bəyanatına əsasən, sionist rejimin hərbi qərargahına çevrilmiş bu binalar müvafiq silahlarla hədəfə alınıb və müəyyən itkilərə səbəb olub ki, bir neçə düşmən əsgəri həlak olub və yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × four =