Husilər ABŞ gəmisinə hücuma görə məsuliyyəti öz üzərinə götürüblər

Husilər ABŞ gəmisinə hücuma görə məsuliyyəti öz üzərinə götürüblər

Yəmənin üsyançı hərəkatı Ənsar Allah (husilər) Ədən körfəzində Amerika gəmisinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Bunu Yəmən hərəkatının hərbi nümayəndəsi Yəhya Sariya deyib.

“Yəmən donanması Ədən körfəzində bir sıra gəmi əleyhinə raketlərdən istifadə edərək ABŞ gəmisinə qarşı əməliyyat həyata keçirib”, – Saria Husilərə məxsus Əl Məsirə telekanalında deyib. Hərəkatın sözçüsü iddia edir ki, “vuruş birbaşa olub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × three =