Husilər Fransanın ticarət gəmisinə hücum etdi

Husilər Fransanın ticarət gəmisinə hücum etdi

Husilər Fransanın CMA CGM şirkətinə məxsus “Tage” ticarət gəmisinə hücum ediblər.

Axar.az TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya bildirib.

“Yəmən Hərbi Dəniz Qüvvələri işğal olunmuş Fələstinin limanlarından birinə gedən CMA CGM şirkətinin “Tage” gəmisinə qarşı məqsədyönlü əməliyyat keçirib”, – o əlavə edib.

Qeyd edilib ki, husilər gəmiyə hücum edib, çünki gəmi heyəti xəbərdarlıqlara cavab verməkdən imtina edib. İsrailə gedən gəmilərə hücumların davam etdiriləcəyi də vurğulanıb.

Y.Sariya bildirib ki, ABŞ-ın husilərə qarşı mübarizə cəhdləri cavabsız qalmayacaq.

Qeyd edək ki, bundan öncə ABŞ hərbi komandanlığı husilərin ticarət gəmilərinə atəş açdığını açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × three =