Husilər Qırmızı dəniz və Hind okeanında iki gəmini vurub

Husilər Qırmızı dəniz və Hind okeanında iki gəmini vurub

Yəməndə husilər Qırmızı dəniz və Hind okeanında iki gəmini qanadlı raket və pilotsuz dəniz aparatı vasitəsilə vurduqlarını açıqlayıblar.

Husilərin sözçüsü Yəhya Seri açıqlamasında “Transworld Navigator” adlı gəminin Qırmızı dənizdə pilotsuz dəniz aparatı ilə hədəf alındığını deyib.

Seri həmçinin “Stolt Sequoia” adlı başqa bir gəminin də Hind okeanında qanadlı raketlə müvəffəqiyyətlə vurulduğunu açıqlayıb.

Onun sözlərinə görə gəmilər “işğal olunmuş Fələstin limanlarına giriş qadağasını” (husilərin elan etdiyi qadağa) pozduqları üçün vurulublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 8 =