Husilər Qırmızı dənizin cənubuna gəmi əleyhinə ballistik raketlər atıblar

Husilər Qırmızı dənizin cənubuna gəmi əleyhinə ballistik raketlər atıblar

Husilər Yəməndə nəzarət etdikləri ərazilərdən Qırmızı dənizin cənubuna gəmi əleyhinə iki ballistik raket atıblar.

“Report” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində yazıb.

“İranın dəstəklədiyi husilər Qırmızı dənizin cənubuna iki gəmi əleyhinə ballistik raket atıblar. Bölgədəki bir neçə ticarət gəmisi ballistik raketlərin yaxınlığa düşdüyünü bildirsə də, hər hansı ziyan barədə məlumat verməyib”, – paylaşımda qeyd edilib.

Xatırladaq ki, bu, husilərin noyabrın 19-dan bəri Qırmızı dənizin cənubunda ticarət gəmilərinə qarışı 24-cü hücumudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 8 =