İlahiyyat Universiteti üçün ayrılan torpaq mənimsənilib

İlahiyyat Universiteti üçün ayrılan torpaq mənimsənilib

Azərbaycan Respublikası mediaları Allahşükür Paşazadə və Ramiz Mehdiyevin İlahiyyat Universiteti üçün ayrılan torpaq sahəsini mənimsəmələrindən xəbər veriblər.

Bir müddət öncə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Abşeron rayonu ərazisində İlahiyyat Universiteti üçün yeni inzibati bina və kampus-kompleksi tikilməsi üçün müraciət edib.

Məhz bu məqsəd üçün Xırdalan şəhəri ərazisində, Ceyranbatan su anbarına panoraması olan 20 hektar torpaq sahəsi ayrılıb. Lakin sonradan universitetin tikintisi həyata keçirilməyib. Həmin ərazi şeyxlə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev arasında bölüşdürülüb.

Məlumata görə, ərazinin 10 hektarı şeyxin oğlu Məhəmməd Paşazadənin, digər 10 hektarı isə Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın adına sənədləşdirilib. Şeyxin oğlunun adına olan ərazidə “Blue City” yaşayış kompleksi tikilib və hazırda satış həyata keçirilir.

Mediada yayılan bu məlumata hələlik nə Allahşükür Paşazadə nə Ramiz Mehdiyev nədəki müvafiq dövlət qurumları tərəfindən münasibət bildirilməyib.

Qeyd edək ki, son günlər Ramiz Mehdiyevin müalicə üçün İsrailə getdiyi barədə məlumat yayılmışdı. Sonradan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev bu məlumatı təkzib etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 1 =