İlk elektrik “QAZel”i təqdim olundu

İlk elektrik “QAZel”i təqdim olundu

Rusiyanın Qorki maşın zavodu 100 kvt (136 at gücündə) elektrik mühərriki ilə təchiz edilmiş “QAZelle e-NN” avtomobilini buraxıb.

“Ölkə.Az” oxu.az-a istinadən xəbər verir ki, şirkət avtomobilin üç yeni modelini “Rusiyanın Rəqəmsal sənaye müəssisəsi” konfransında təqdim edib.

Qorki Avtomobil Zavodunda mikroavtobus, marşrut mikroavtobusu və furqonlu mikroavtobus yığılıb.

Avtomobilin kütləsi 2.5, yük daşıma qabiliyyəti ilə 4.6 tondur.

Müştərinin istəyi ilə avtomobil əlavə batareya dəsti ilə təchiz oluna bilər ki, bu da enerji ehtiyatını təxminən iki dəfə – 200 kilometrə qədər artıra bilir. Şarj cihazı 30 dəqiqə ərzində 80% enerji yığır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 2 =