İllərdir insanları yeyən timsah tutuldu

İllərdir insanları yeyən timsah tutuldu

Uqandanın Albert gölündə illərdir balıqçıları qorxudan insan yeyən timsah nəhayət tutulub.

Bu barədə “The Straits Times” məlumat yayıb.

Hökumətin təbiəti mühafizə agentliyi UWA-nın məlumatına görə, timsah 2023-cü ilin yanvarından 2024-cü ilin iyuluna qədər insanlara bir neçə dəfə hücum edib. Ən azı bir qurbanı belə xilas etmək mümkün olmayıb. Daha 4 nəfər ağır yaralanıb.

Sürünənin yaşının 45 olduğu təxmin edilir. Onun uzunluğu 4,5 metr, çəkisi isə 500 kiloqramdır. UWA timsahı insanlar üçün təhlükə yaratmayacaq uzaq bir yerə köçürməyi planlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × one =