İlon Mask Həmasın dəvətini qəbul etmədi
Amerikalı milyarder və Tesla şirkətinin sahibi X sosial hesabında Həmasın Qəzzəyə dəvətini qəbul etmədiyini elan edərək deyib: Məncə Qəzzə hələ bir az təhlükəlidir. Amma Qəzzədə insanların rifahı təmin olunarsa, hər iki tərəfin xeyrinə olar.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, İsrail mediası 27 noyabrda işğal olunmuş Fələstində səfər olan İlon Maskın dünya mediası jurnalistlərini törədilən dağıntıların miqyasını, uşaqlara və müdafiəsiz dinc sakinlərə qarşı soyqırımı əlamətlərini görmək üçün Qəzza zolağında iştiraklarını gücləndirməyə çağırdığı deyilir.
Həmas sözçüsü Usamə Bin Həmdan Maskı Qəzzəyə dəvət edərək deyib: Biz İlon Maskı Qəzza zolağına səfər etməyə çağırırıq ki, o, Qəzza zolağında xalqımıza qarşı törədilən qətliamın miqyasını görə bilsin.
Sionist rejim mediası iddia edib: Noyabrın 27-də İlon Mask İsrailə səfər edib və İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu və prezidenti İsaak Hersoqla görüşüb. Amerikalı iş adamı Netanyahunun müşayiəti ilə HƏMAS-ın hücumu nəticəsində İsrailin ən çox zərər çəkmiş yaşayış məntəqələrindən biri sayılan Kibbutz Kfar Azaya baş çəkib. Mask İsrailin baş naziri ilə HƏMAS-ın məhv edilməsi ilə bağlı razılığa gəlib və “başqa variant yoxdur” deyib. O, həmçinin qeyd edib ki, yəhudi dövlətinə münaqişə bitdikdən sonra Qəzza zolağının “demilitarizasiyası” və “deradikalizasiyası”nda kömək etmək istəyir.
İsrail mediasının bu iddiası elə bir haldadır ki, ötən həftə İlon Maskın yəhudilər və Yaxın Şərq münaqişəsi ilə bağlı söylədiyi fikirlərdən sonra “X” sosial şəbəkəsi ilin sonuna kimi reklamdan 75 milyon dollara qədər gəlir itirə biləcəyi barədə xəbərlər yayılmışdı.
Məlumata görə, “Airbnb”, “Amazon”, “Coca-Cola”, “Microsoft” və digər şirkətlər artıq sosial şəbəkələrdə reklamı dayandırıb və ya bunu dayandırmağı planlaşdırır.
Həmçinin siyahıda reklamını tamamilə dayandıran 100 brend var. Onların bir çoxu bu qərarı noyabrın 15-dən sonra Maskın yəhudilər haqqında söylədiyi fikirlərlə bağlı verdiyi deyilirdi.