İmam Hüseynin (ə) hərəminin bayrağının dəyişdirilməsi mərasimi-Foto/Video

İmam Hüseynin (ə) hərəminin bayrağının dəyişdirilməsi mərasimi-Foto/Video

Məhərrəm ayının ilk günü ərəfəsində İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmlərinin qırmızı bayraqlarının əzadarlıq rəmzi olan qara bayraqlara dəyişdirilməsi mərasimi keçirilib.

Məğrib və işa namazlarından sonra başlayan bu mərasimdə əzadarlar İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmlərində İraqın şiə mərcəyi-təqlidi Ayətullah Sistaniyə dəstək şüarları səsləndiriblər.

Həmçinin, bu mərasimin bir hissəsində İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmlərində və ziyarətgahlar arasında və ətraf ərazilərdə olan zəvvarlar Qurani-Kərimi ucaltmaqla yanaşı, Quranı dəstəklədiklərini bəyan etmiş və müsəlmanların müqəddəs kitabını təhqir edənlərdən uzaq olduqlarını bildirmişlər.

Bir neçə gün əvvəl İsveç hökuməti söz azadlığı bəhanəsi ilə alçaq bir şəxsin İsveçin paytaxtı Stokholmdakı məscidlərdən birinin qarşısında Quran yandırmasına icazə verib. Bu aksiya İslam ölkələri arasında geniş qınaqla müşayiət olunub.

İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) günbəzlərinin bayrağının dəyişdirilməsi mərasiminin digər hissəsi iki hərəmin arasındakı işıqlandırmanın rənginin dəyişdirilməsindən ibarət olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − seven =