İmam Kazimin (ə) şəhadət günlərində səyyar xəstəxanalar fəaliyyət göstərəcək
İmam Kazimin (ə) şəhadət günlərində İmam Hüseyn (ə) ziyarətgahına bağlı Tibb Mərkəzinin modern səyyar xəstəxanaları fəaliyyət göstərəcək.
Bu barədə İmam Hüseyn (ə) hərəminə bağlı Səhiyyə və Tibbi Təhsil İdarəsinin qurumlarından biri olan Mizan Ev Sağlamlıq Mərkəzi məlumat yayıb.
Səyyar xəstəxanalar Kərbəlada fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, Rəcəb ayının 25-i İmam Kazimin (ə) şəhadət günüdür.