İndoneziya da sionist rejimdən Haaqa məhkəməsinə şikayət etdi

İndoneziya da sionist rejimdən Haaqa məhkəməsinə şikayət etdi

İsrailin “Maariv” qəzeti İndoneziyanın da Haaqa Beynəlxalq Ədalət Məhkəməsində İsrail rejimi əlryhinə şikayət etdiyindən xəbər verib.

İRNA-nın bu günə (19 yanvar)  olan məlumatına əsasən, İsrailin Qəzzədə fələstinlilərə qarşı soyqırım cinayəti törətdiyi üçün bu işğalçı rejimi Haaqada məhkəməyə verən ilk ölkə olan CAR-a İndoneziya da qoşulub.

Məlumdur ki, bir neçə gün əvvəl Cənubi Afrika Respublikası Beynəlxalq Haaqa məhkəməsində İsrailə qarşı iddia qaldırıb və İsrailin Qəzzadakı əməllərinin  “genosid” kimi tanınmasını istəyib. Məhkəmənin üzvləri arasında genosidin tanınmasını istəyənlər sayca çoxalmağa meyllidir. İsrail isə iddiaları qəbul etmir və əksinə, HƏMAS-ın genosid törətdiyini iddia edir. İsrailin vəkil Malkom Şou hətta bildirib ki, Beynəlxalq məhkəmə genosidi təyin etmək səlahiyyıtinə malik deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + fourteen =