İndoneziya xəstəxanasının fəaliyyətinin dayandırılması və Qəzzada Əl-Muəmdani xəstəxanasının mühasirəsi
Xəstəxana mənbələri İndoneziya xəstəxanasının fəaliyyətinin dayandırıldığını və Əl-Muəmdani xəstəxanasının mühasirəyə alındığını bildirib.
İRNA-nın cümə axşamı Fələstinin Şahab xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İndoneziya xəstəxanasının rəhbəri doktor Atif Ədvan bu xəstəxananın fəaliyyətinin dayandırıldığını elan edib.
Bu arada Qəzza zolağındakı Əl-Muəmdani xəstəxanasının cərrahı da deyib: İşğalçılar xəstəxananı tanklarla mühasirəyə alıblar və xəstəxananın içərisində olan yaralılar ölüm riski ilə üzləşiblər. Əməliyyat dayandırılıb. Səhiyyə sisteminin çökməsi səbəbindən yaxın günlərdə minlərlə yaralı həyatını itirəcək.
Qəzzadakı Şəfa xəstəxanasının rəhbəri Məhəmməd Əbu Səlmiyyə də bu xəstəxanada baş verən atışma barədə məlumat verib və deyib: “Xəstəxana daxilində hərəkət edən hər kəs güllələnmə hədəfi olacaq.”
O, əlavə edib: Xəstəxana daxilində uşaqların vəziyyəti çox ağırdır. Xəstəxanada olan uşaqlarda ishal və qusma var. Xəstəxanada 3 körpə ölüb.
Şəfa xəstəxanasının rəhbəri həmçinin deyib: “Əl-Muəmdani xəstəxanası Qəzza sakinlərinin son ümid yeridir. Yeddi mindən çox insan xəstəxanada mühasirədə və tədricən, ölümlə üz-üzədir.”
Bəzi yaralıların yarasının irinləməsi səbəbindən əzalarını kəsmək məcburiyyətindəyik. Yeddi mindən çox insan xəstəxanada yemək və susuz qalıb.