İngilislər Bağdad hava limanında Şəhid Qasim Süleymaninin abidəsinin tikintisinə mane olub
G4S adlı şirkətə bağlı İngilis qrupu lazımi icazələri almasına baxmayaraq, İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin şəhid olan komandiri və İraq Əl-Həşdəl Şaabi Təşkilatının rəis müavini üçün xatirə abidəsinin tikintisinə mane olub.
İraqlı mənbələr çərşənbə günü axşam saatlarında İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri şəhid Hacı Qasım Süleymani və İraq Həşdi Şəbi qüvvələrinin sədr müavini Əbu Mehdi əl-Mühəndisin xatirəsinə abidənin tikintisi layihəsini həyata keçirən şirkət tərəfindən məlumatı elan edilib.
Saberin News Telegram kanalının məlumatına görə, layihəni həyata keçirən şirkət ilk olaraq qeyd edib ki, İraqın hazırkı baş naziri Mustafa Əl-Kazimi ABŞ-ın keçmiş Prezidenti Donald Trampın həmin vaxtlar hakimiyyətdə olması ilə əlaqədar layihənin icrasını başqa vaxta təxirə salmışdı. Onun İraqa qarşı sanksiyalar tətbiq etmək qorxusu abidənin tikintisini ləngitmişdi.
Bununla belə, şirkət əlavə edib: “Bizi yerlərdə bir sıra xarici şirkətlərin olması təəccübləndirdi ki, bu da qanuni sənədin əmrinin və [müddəalarının] icrasına mane oldu.”
Məlumata görə, şirkət bildirib ki, layihə üçün səhnədə olarkən, G4S şirkəti ilə əlaqəli bir İngilis qrupu və bir neçə Amerika şirkətlərindən ibarət başqa bir qrup, şirkətin bütün rəsmi icazələrinə malik olmasına baxmayaraq, onlardan dərhal oradan ayrılmağı xahiş edib.
Məlumata əsasən ingilis qrupun bir sıra təhlükəsizlik qüvvələrindən ibarət olduğu bildirilib.
Xatirə abidəsinin dizaynı “3D MAX” proqramı ilə hazırlanmış və “Lumin” proqramı ilə çıxarş edilmişdir. Lakin Britaniya qrupu planın həyata keçirilməsinə mane olub.
ABŞ hərbçiləri 2019-cu il dekabrın 4-də səhər saatlarında Donald Trampın əmri ilə həyata keçirilən terror əməliyyatı nəticəsində Sərdar Süleymani və onun bir sıra ətrafını, o cümlədən Əbu Mehdi əl-Mühəndisi Bağdad hava limanını tərk etdikdən sonra öldürüblər.
ABŞ-ın bu addımı beynəlxalq reaksiyalara və qınaqlara səbəb olub. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının qanunsuz və özbaşına sui-qəsdlər üzrə xüsusi məruzəçisi Agnes Kalamard keçən il ABŞ-ın General Qasim Süleymanini şəhid etməsi cinayətini qanunsuz adlandırıb.