İngiltərədə Fələstin tərəfdarları aksiya keçirib

İngiltərədə  Fələstin tərəfdarları aksiya keçirib

Minlərlə Fələstin tərəfdarı şənbə günü Britaniyanın müxtəlif şəhərlərində ardıcıl səkkizinci həftə olaraq, Qəzzada sionist rejimin vəhşi cinayətlərinə qarşı nümayiş keçirib.

İRNA-nın məlumatına görə, etirazçılar İngiltərənin müxtəlif şəhərlərində soyuq və qarlı küçələrə axışıb və bir daha Fələstin xalqının qətliam edilməsinə qəzəblərini nümayiş etdiriblər.

“Fələstin üçün Milli Fəaliyyət Günü” kimi tanınan bu etiraz aksiyasının iştirakçıları Fələstin bayrağını dalğalandırıblar və şüarlar səsləndirərək Qəzzada dərhal atəşkəs tələb ediblər.

Onlar öz şüarlarında sionist rejimin Qəzzədəki cinayətləri ilə bağlı işin Beynəlxalq Cinayət Məhkəməsinə verilməsini də tələb ediblər.v

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + eighteen =