İnqilab Rəhbəri: Operativ prezidenti itirmək çətindir

İnqilab Rəhbəri: Operativ prezidenti itirmək çətindir

Dünyanın müxtəlif ölkələrindən İran İslam Respublikası prezidentinin dəfn mərasimində iştirak etmək üçün İrana səfər etmiş yüksək səviyyəli rəsmilər başsağlığı vermək üçün İslam İnqilabının Ali Rəhbəri ilə görüşüblər.

Həzrət Ayətullahül-üzma Xamenei mayın 22-də Pakistanın baş naziri Şahbaz Şərif və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə Pakistan hökumətinə və xalqına göstərdikləri rəğbətə və başsağlığına görə səmimi təşəkkür edərək deyib: “Pakistanla əlaqələr İran İslam Respublikası üçün çox önəmlidir və bu ölkəyə tamamilə qardaşcasına baxışı var”.

İslam İnqilabının Ali Rəhbəri mərhum prezident cənab Rəisinin Pakistanla əlaqələrin əhəmiyyətini vurğulamasına toxunaraq əlavə edib: “Cənab Rəisinin Pakistana son səfəri iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi ola bilər və cənab doktor Müxbir əməkdaşlıq və razılaşmaları izləyəcək.”

Pakistanın baş naziri Şahbaz Şərif də bu görüşdə şəhid Rəisinin Pakistana son səfərini çox faydalı hesab edib və bu səfərin əlaqələrin daha da genişləndirilməsi, gələcək yol xəritəsi üçün zəmin yaratdığını qeyd edib, müxtəlif sahələrdə əlaqələrin yaxşılaşacağına ümidvar olduğunu bildirib.

Aliməqamlı Rəhbər Qətər Əmiri ilə də görüşdə bildirib ki, operativ prezidenti itirmək çətindir, amma ölkənin hərəkətində heç bir dəyişiklik olmayacaq.

O həzrət Qətər əmiri Təmim bin Həməd Ali-Sani və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə Qətərə son faciəvi hadisə ilə əlaqədar bağlı başsağlığı verdiyi üçün təşəkkürünü bildirməklə yanaşı, iki ölkə arasında əməkdaşlığın inkişafının davam etdirilməsinin zəruriliyini vurğulayıb.

İnqilab Rəhbəri regionun vəziyyətinə, düşmənlərin sülh və sabitliyi məhv etmək səylərinə toxunaraq deyib: “Region ölkələrinin qarşısında yalnız bir seçim vardır; o da bir-biri ilə həmrəylik və empatiyadır.”

Bu görüşdə Qətər Əmiri isə qeyd edib: “İran və Qətər arasında əlaqələr həmişə güclü olub və bu yol davam edəcək”.

İslam İnqilabının Ali Rəhbəri görüşlərin davamında Tunis prezidenti və onun rəhbərlik etdiyi nümayəndə heyətini də qəbul edib.

 Bu görüşdə Tunis prezidenti Qeys Səidin son hadisə ilə bağlı qardaşcasına və səmimi hisslərinə görə minnətdarlıq ifadə edən Aliməqamlı Rəhbər deyib: “Prezidentin, bir qrup məmurun və onları müşayiət edənlərin itirilməsi hadisəsi ağırdır, amma İslam Respublikası dövründə biz bunu həmişə müşahidə etmişik ki, ilahi hikmət əsasında və insanların səbr və möhkəmliyi ilə acı hadisələr inkişaf və hərəkətlərin mənbəyinə çevrilmişdir”.

Bu görüşdə Tunis prezidenti Qeys Səid son faciəli hadisə ilə əlaqədar Tunis hökuməti və xalqı adından səmimi başsağlığını ifadə edərək deyib: “İranın mərhum prezidenti ilə son görüşümüz bir müddət əvvəl Əlcəzairdə oldu. Orada razılaşdıq ki, mən Tehrana səfər edim. Amma onun vəfatı ilə bağlı başsağlığı vermək üçün Tehrana gələcəyimi heç vaxt ağlıma gətirməzdim.”

Qeys Səid həmçinin bölgənin vəziyyətinə və sionist rejim tərəfindən Qəzzə əhalisinin qətliam edilməsinə toxunaraq vurğulayıb: “İslam dünyası indiki passiv mövqeyindən əl çəkməli və yekdilliklə bütün Fələstin torpaqlarında Fələstin xalqının hüquqlarına nail olmağa və paytaxtı Qüdsi-şərif olmaqla müstəqil dövlət qurmağa çalışmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + nineteen =