İnqilabı Rəhbəri: Davamiyyətiniz olsa, zirvəni fəth edəcəksiniz

İnqilabı Rəhbəri: Davamiyyətiniz olsa, zirvəni fəth edəcəksiniz

İnqilabın Ali Rəhbərinin hüzurunda imam Hüseynin (ə) Ərbəin mərasimi münasibətilə ölkə üzrə universitetlərin tələbə heyətlərinin iştirakı ilə matəm mərasimi keçirilib.

İRNA-nın siyasi müxbirinin verdiyi məlumata görə, imam Hüseynin (ə) Ərbəin mərasimi ilə eyni vaxtda bu gün səhər saatlarında çoxlu sayda tələbə heyətinin iştirakı ilə İslam İnqilabının Rəhbərinin hüzurunda əzadarlıq mərasimi keçirilib.

 Bu mərasimdə Həzrət Əba Əbdillah Hüseyn (əleyhissalam) və onun vəfalı səhabələrinin əzadarlığı münasibətilə mərsiyə və Ərbəin ziyarəti oxunub.

Bu mərasimdə Ali Məqamlı Rəhbərin Universitetlərdəki Nümayəndəliyinin rəhbəri Höccətül-İslam vəl-Müslimin Rüstəmi çıxış edərək, Kərbəla hadisəsinin davamlılığını və bugünkü dövrdə imam Hüseyn (ə) yolunun davamçılarının vəzifələrini izah edib.

Bu mərasimin sonunda İnqilab Rəhbərinin imamlığı ilə zöhr və əsr namazı qılınıb.

Həzrət Ayətullah Xamenei iki namaz arasında qısa bir çıxışında əzadarlıq və İmam Hüseynə (əleyhissalam) təvəssül məclislərinin hər birini imam Hüseynin (ə) mənəviyyat nuru ilə əlaqə və ünsiyyət üçün zəmin adlandırıb və vurğulayıb:

Ən önəmli məsələ qətiyyət və əzm tələb edən bu doğru yolda bu əlaqəni və rabitəni qoruyub saxlamaqdır.

Ayətullah Xamenei vurğulayıb:

Davamiyyətli olsanız, zirvəni fəth edərsiniz və Allahın dininin hakimiyyəti, haqq və ədalətin hökmranlığının zirvəsinə çatarsınız.

İslam İnqilabının Rəhbəri gənclərin ümid mənbəyi olduğunu vurğulayaraq, ölkənin digər şəhərlərində olduğu kimi, Nəcəfdən Kərbəlaya gedən Ərbəin yürüşündə xalqın, xüsusilə də gənclərin əzəmətli iştirakına işarə edib:

Ərbəin yürüşü yolunda qüvvətlə hərəkət etdiyiniz kimi, tövhid yolunda möhkəm və iradə ilə addımlayın və həmişə imam Hüseyn (ə) kimi yaşayın və onun kimi qalın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × one =