İnqilabın Ali Rəhbərinin müsəlman hökumətlərinə etdiyi xəbərdarlıq: Qərblilərin dediklərini təkrarlamayın; gələcək dünya Fələstin dünyasıdır

İnqilabın Ali Rəhbərinin müsəlman hökumətlərinə etdiyi xəbərdarlıq: Qərblilərin dediklərini təkrarlamayın; gələcək dünya Fələstin dünyasıdır

Ayətullah Xamenei “Luristan Şəhidlərini Anma Konqresi”nin üzvləri ilə görüşündə deyib: “Fələstin məsələsində Amerika cinayətkarların qəti ortağıdır. Bu cinayətlərdə Amerikanın əli dirsəyə qədər məzlumların, uşaqların, xəstələrin qanına batıb.”

İRNA-nın məlumatına görə, bu görüşdə  həzrət Ayətullah Xamenei Fələstin məsələsində Amerikanın cinayətkarların qəti ortağı olduğunu bəyan edərək deyib: “Bu cinayətlərdə Amerikanın əli dirsəyə qədər məzlumların, uşaqların, xəstələrin qanına batıb. Əslində Qəzzada törədilən cinayətləri idarə edən Amerikadır.” 

İslam İnqilabının Ali Rəhbəri vurğulayıb: “Əgər məhv olmaq təhlükəsi qəsbkar rejimi təhdid etməsəydi, dünyanın bu bədxahları müntəzəm və bir-birinin ardınca həmrəylik ifadə etməyə ehtiyac görməzdilər.”

Həzrət Ayətullah Xamenei müsəlman hökumətlərinə xitabən deyib: “Müsəlman hökumətləri bu məsələdə qafiyəni itirməməlidir və elə güman etməməlidirlər ki, Amerika və bəzi qərb dövlətləri səhv edib vətəni və evlərini müdafiə edənləri terrorçu adlandırdıqları üçün onlar da eyni şeyi təkrarlamalıdır.”

O, əlavə edib: “Müsəlman hökumətləri və siyasi sözçülər diqqətli olmalıdırlar ki, onların (qərblilərin) dediklərini təkrarlamasınlar və bilsinlər ki, bu və sonrakı hadisələrdə Fələstin mütləq qalib gələcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − four =