İnsan bədəni neçə dərəcə istiyə dözə bilər? – Araşdırma

İnsan bədəni neçə dərəcə istiyə dözə bilər? – Araşdırma

Ötən Avropada ən isti iyun ayını yaşayan mütəxəssislər bədənimizin nə qədər istiyə tab gətirə biləcəyini müəyyən ediblər.

Londondakı Roehampton Universitetinin tədqiqatçıları tərəfindən nəşr olunan yeni araşdırmaya görə, insan orqanizminin 40 ilə 50 dərəcə selsi arasında dözə biləcəyi “üst kritik temperatur” həddi var.

Həmçinin bildirilib ki, körpələr və yaşlıların ürək-damar sistemləri yüksək temperaturlara yaxşı reaksiya vermədiyi üçün həddindən artıq istilərə ən həssas kateqoriyalar arasındadır.

Qeyd olunub ki, bu temperatura çatdıqdan sonra bədənimiz ürəkbulanma, başgicəllənmə, baş ağrısı və huşunu itirməyə səbəb olan “isti stressi” yaşayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × three =