“Instagram” və “Facebook” Fələstinlə bağlı məlumatlara senzura qoyur

“Instagram” və “Facebook” Fələstinlə bağlı məlumatlara senzura qoyur

 “Meta” “Instagram” və “Facebook”da Fələstinlə bağlı məlumatları senzuraya məruz qoyur.APA xəbər “TRT Haber”ə istinadən məlumat verir ki, bu barədə “Human Rights Watch” hüquq müdafiə təşkilatının hesabatında yer alıb.

Hesabatda qeyd olunub ki, təşkilat onlayn senzura ilə bağlı 1050 hadisəni araşdırıb və onları altı kateqoriyada sistemləşdirib: Məzmunun silinməsi, hesabların dondurulması və ya silinməsi,
məzmunla əlaqə qura bilməmək, hesabları izləmək və ya etiketləməyin mümkün olmaması, “Instagram/Facebook Live” kimi funksiyaların istifadəsinə məhdudiyyətlər, kölgə qadağası (hesab sahibini xəbərdar etmədən görünmə qabiliyyətinin əhəmiyyətli dərəcədə azaldılması).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + eighteen =