İordan çayının qərb sahilində anti-sionist əməliyyatları: 2 sionist yaralanıb
Bu gün İordan çayının qərb sahilində anti-sionist əməliyyatı zamanı 2 israilli mühacir yaralanıb.
Media mənbələri işğal altındakı İordan çayının qərb sahilində, xüsusilə Əl-Əğvarda yeni anti-sionist əməliyyatı keçirildiyini elan edib.
Sionist mediası bu gün (2 avqust, çərşənbə axşamı) günorta saatlarında Əl-Əğvarın “Əl-Humra” kəsişməsi yaxınlığında atışma zamanı sionist bir qadın və bir kişinin yaralandığını açıqlayıb.
Bu xəbərə görə, sionist mühacirlərə məxsus avtomobilin yanından sürətlə keçərkən avtomobildə olan bəzi fələstinlilər bir qadının idarə etdiyi bu avtomobilə atəş açıb, iki nəfəri yaralayıb və sürətlə oradan uzaqlaşıblar.
Sionist əsgərlər hadisə yerinə gəlib və bu əməliyyatın səbəbkarlarını tapmaq üçün patrul əməliyyatına başlayıblar.
Sionist Kan TV-nin müxbiri bildirib ki, bugünkü hücum dörd ay əvvəl Əl-Əğvarda baş verən atışma hücumunun yerinə çox yaxın bir ərazidə baş verib və bu hücum zamanı üç mühacirlər həlak olub.
Nablusdan olan şəhid Məaz Əl-Misri və şəhid Həsən Qətnani tərəfindən həyata keçirilən bu əməliyyat HƏMAS hərəkatının hərbi qanadına bağlı idi.
Dünən İsrailin Şərqi Qüdsdəki “Məaliyyə Ədumim” şəhərinin ticarət kompleksində anti-sionist əməliyyat keçirilib və fələstinli hərbçinin açdığı atəş nəticəsində 4 sionist yaralanıb.
Fələstinli döyüşçülərin israilli mühacirlər və onun əsgərlərinə qarşı anti-sionist əməliyyatları genişlənir və çoxsaylı kəşfiyyat əməliyyatları həyata keçirməsinə, sionist köçkünləri silahlandırmasına və fələstinlilərin keçidi ilə bağlı sərt qanunların tətbiqinə baxmayaraq, işğalçılar hər dəfə yeni bir əməliyyatla üzləşirlər.