İordan çayının qərb sahilində fələstinli döyüşçülər anti-sionist əməliyyatları keçirib

İordan çayının qərb sahilində fələstinli döyüşçülər anti-sionist əməliyyatları keçirib

Cümə günü fələstinli döyüşçülər Nablusun cənubundakı Havarada sionist hərbçilərin nəzarət-buraxılış məntəqəsini atəşə tutublar.

Mehr Xəbər Agentliyinin Fələstin Əl-Yəvmə istinadən verdiyi məlumata görə, fələstinli hərbçilər bu cümə günü İordan çayının qərb sahilində Nablusun cənubunda anti-sionist əməliyyatı keçiriblər.

Cümə günü fələstinli döyüşçülər İordan çayının qərb sahilində Nablusun cənubundakı Havara nəzarət-buraxılış məntəqəsini sionist əsgərlərə atəş açıblar.

Nablusun cənubundakı Havara məntəqəsi sionist rejim ordusu və sionist mühacirlər tərəfindən Fələstin vətəndaşlarına qarşı çoxlu cinayət və təcavüzlər törədilən bölgələrdəndir.

Bu ilin birinci yarısında fələstinlilər tərəfindən 6704-dən çox müqavimət əməliyyatı həyata keçirilib.

Bu, 2023-cü ilin ilk yarısında xüsusilə İordan çayının qərb sahili və işğal altında olan Qüdsdə xalq və silahlı müqavimət əməliyyatlarının sayının kəmiyyət və keyfiyyət baxımından əhəmiyyətli dərəcədə artdığı bir vaxtda baş verib.

Nəticədə, işğalçılara çoxlu ziyan vurulmuş və onların qüdrətini sarsıtmağa kömək etmişdir.

Fələstin Statistika Mərkəzinin son hesabatına görə, bu müddət ərzində 26 sionist öldürülüb ki, onların əksəriyyəti İsrail əsgərləridir.

Bundan əlavə, daha 243 israilli müxtəlif dərəcəli xəsarətlər alıb. Bu ilin birinci yarısında fələstinlilər tərəfindən 6704-dən çox müqavimət əməliyyatı həyata keçirilib ki, bunun da 841-i atəş açmaq əməliyyatı, 16-sı soyuq silahla hücum və ya hücuma cəhd, 11-i avtomobil təqibi və ya hücuma cəhd, 2-si raket atma əməliyyatı, 9-u isə kəşfiyyat xarakterli pilotsuz təyyarələrin məhv edilməsi olub.

Fələstin Muti Statistika Mərkəzi öz hesabatında bu il ərzində müqavimətin əməliyyatlarında yeni inkişaflar qeydə alındığını və bununla yanaşı müqavimətin hərbi sənayelərinin də inkişaf etdiyini, bunlardan ən mühümlərinin raket atmaq və əldəqayırma bomba hazırlamaq və onlardan istifadə etmək olduğunu açıqlayıb.

İordan çayının qərb sahilindəki müqavimət əməliyyatları arasında 221 əldəqayırma bombalardan istifadə, 146 molotof kokteyli atma, 65 partlayıcı maddə atma, düşmənin hərbi obyektlərinə, texnikasına və yerlərinə 51 odvurma, 175 dəfə düşmənin hərbi texnikasının məhv edilməsi ilə bağlı hallar müşahidə edilib.

İşğal altındakı İordan çayının qərb sahili və Qüdsdə xalq müqaviməti tədbirləri sahəsində sionist mühacirlərin təcavüzünə qarşı 753 müqavimət hadisəsi, müxtəlif formalarda 257 nümayiş, 243 münaqişə faktı qeydə alınıb.

İordan çayının qərb sahilinin müxtəlif bölgələri arasında Nablus, Cenin və Hebron ən çox müqavimət əməliyyatlarının şahidi olub ki, onların hər birində müvafiq olaraq 1385, 1034 və 943 müqavimət əməliyyatı qeydə alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − four =