İordan çayının qərb sahilində fələstinli gənc şəhid olub

İordan çayının qərb sahilində fələstinli gənc şəhid olub

Keçən həftə müvəqqəti sonist rejimin işğalçı qüvvələrinin hücumu zamanı aldığı xəsarətlər nəticəsində 23 yaşlı fələstinli gənc bu səhər şəhid olub.

 “Bəlatə” qaçqın düşərgəsindən olan 23 yaşlı fələstinli gənc “Məhəmməd Əbu Əsub” üç günlük xəsarətlərdən sonra bu səhər şəhid qardaşlarına qoşulub.

Ərəb 48 xəbər saytının məlumatına görə, Məhəmməd Əbu Əsub ötən həftə çərşənbə günü Balatə düşərgəsinə edilən hücumda ağır yaralanıb və xəstəxanaya aparılıb.

Məhəmməd Əbu Əsubun dostlarının dediyinə görə, sionistlər iki il əvvəl onun həbsini və ya şəhadətini istəyirdilər. Bu şəhid sionist əsgər və mühacirlər əleyhinə bir çox əməliyyatlarda iştirak edib.

Ötən həftənin çərşənbə günü səhər saatlarında işğalçı qüvvələr Bəlatə düşərgəsinə daxil olaraq bu düşərgədə yerləşdirilmiş müqavimət qüvvələri ilə qarşı-qarşıya gəliblər. Orada bomba hazırlamaq bəhanəsi ilə hərəkatın bu düşərgədəki ofisini də partladıblar.

Həmin hücumda ən azı 11 fələstinli döyüş güllələrindən yaralanıb.

Fələstin dairələrinin fikrincə, bu düşərgə İordan çayının qərb sahilində daha bir “Cenin” düşərgəsinə çevrildiyi və bu düşərgədə yaşayan yüzlərlə gəncin kiçik silahlı müqavimət qruplarına qoşulduğu bir vaxtda həmin hadisə baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + two =