İordan çayının qərb sahilində sionist əsgərlər tərəfindən güllələnən 2 fələstinli şəhid olub

İordan çayının qərb sahilində sionist əsgərlər tərəfindən güllələnən 2 fələstinli şəhid olub

Xəbər mənbələri şənbə günü gecə sionist qüvvələrin İordan çayının qərb sahilinin şimalında yerləşən Cənin şəhərinə hücumu və fələstinlilərlə toqquşmanın ardınca iki fələstinlinin sionist güllələrindən həlak olduğunu bildirib.

İRNA-nın Əl-Məyadinə istinadən verdiyi məlumata görə, sionist qüvvələrin Cənin şəhərinə hücumundan sonra Fələstin müqavimət qüvvələri ilə sionistlər arasında şiddətli qarşıdurma baş verib.

Fələstinin Səhiyyə Nazirliyi bu toqquşmalar nəticəsində 2 fələstinlinin şəhid olduğunu, 5 nəfərin isə ağır yaralandığını açıqlayıb.

Əl-Əqsa tufanı əməliyyatı başlayandan bəri İordan çayının qərb sahilində 233 fələstinli sionist əsgərlər tərəfindən şəhid olub.

Bununla əlaqədar olaraq Fələstin Əsirlər Klubu sionist qüvvələrin dünəndən etibarən İordan çayının qərb sahilində ən azı 17 fələstinlini həbs etdiyini və oktyabrın 7-dən və Əl-Əqsa tufanı əməliyyatının başlamasından bu yana bu ərazidə məhbusların sayının 3160 nəfərə çatdığını elan edib.

İRNA-nın məlumatına görə, Fələstin müqavimət qrupları 15 oktyabr 2023-cü il şənbə günü Qəzzədən (Fələstinin cənubu) işğalçı Qüds rejiminin mövqelərinə qarşı “Əl-Əqsa tufanı” adlı sürpriz əməliyyata başlayıb.

Bu rejim öz məğlubiyyətinin əvəzini çıxmaq və kompensasiya etmək, həmçinin, müqavimət qruplarının əməliyyatlarını dayandırmaq üçün Qəzza zolağının bütün keçidlərini bağladı və ərazini bombardman etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + 7 =