İordan çayının qərb sahilində sionistlərə qarşı 2 atışma əməliyyatı keçirilib

İordan çayının qərb sahilində sionistlərə qarşı 2 atışma əməliyyatı keçirilib

Media mənbələri İordan çayının qərb sahilində sionist əsgər və mühacirlərə qarşı 2 yeni silahlı əməliyyatın keçirildiyini açıqlayıb.

  Bu gün (çərşənbə axşamı, 26 sentyabr) sionist rejimin 14-cü telekanalı İordan çayının qərb sahilinin şimal-qərbində yerləşən Tulkərim yaxınlığında rejimin hərbi qüvvələrinin atəşə tutulduğunu elan və eyni zamanda bu əməliyyatda heç bir israillinin xəsarət almadığını iddia edib.

Fələstin mətbuatında dərc olunan şəkillərə görə, bir neçə fələstinli gənc Tulkərim yaxınlığında işğalçı qüvvələrə atəş açıb.

Bu xəbərin dərcindən bir neçə dəqiqə sonra Yerixonun şimalındakı fələstinli gənclər də analoji əməliyyat keçirərək sionist mühacirlərə məxsus avtomobili hədəfə alıblar.

Bundan sonra işğalçılar “Əl Həmra” dayanacağını və onun ətrafındakı keçid məntəqələrini tamamilə bağlayıblar.

Fələstinli gənclərin İordan çayının qərb sahili və Qüdsdəki anti-sionist əməliyyatları sionistlərin müqavimətə qarşı davam edən təcavüzü və Məscidül-Əqsanın təhqir olunması səbəbindən gündəlik hadisəyə çevrilib.

İordan çayının qərb sahili və Qəzza zolağının qapalı hərbi bölgə elan edilməsinə səbəb olan sionistlərin bu günlərdə yəhudi bayramları bəhanəsi ilə həyata keçirdikləri fəaliyyətlər Fələstin müqavimətinin işğalçılara qarşı əməliyyatlarını dayandıra bilmədi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + six =