İordan çayının qərb sahilindəki xəstəxanalar sionist rejimin yeni hədəfidir

İordan çayının qərb sahilindəki xəstəxanalar sionist rejimin yeni hədəfidir

Fələstin mənbələri sionist ordusunun İordan çayının qərb sahilində yerləşən Cenin şəhərinə hücumu və xəstəxanaların mühasirəyə alınmasından xəbər veriblər.

Sionist rejim əsgərləri bu şəhərdəki Cənin dövlət xəstəxanası və İbn Sina xəstəxanasını mühasirəyə alaraq xəstəxana ətrafına snayperçilər yerləşdiriblər.

Fələstin mənbələrinin bildirdiyinə görə, Cənin düşərgəsinin məscidlərindən Allahu Əkbər sədası eşidilir və sionist rejim ordusunun əsgərləri düşərgənin girişləri yaxınlığında yerləşdirilib.

Bəzi mənbələr həmçinin, sionist əsgərlərin Cenin şəhəri ilə düşərgəsi arasında yerləşən Əl-Həssan divarı məntəqəsində yerləşdirildiyini bildiriblər.

Fələstin Xəbər Agentliyi (Vəfa) şənbə gecəsi (bu gecə) sionist hərbçilərin Cənin şəhərinə hücumu və Şəhid Xəlil Süleyman adına Dövlət Xəstəxanası və İbn Sina xəstəxanasının mühasirəsi zamanı iki gəncin sionist əsgərlərin gülləsindən yaralandığını xəbər verib.

Təhlükəsizlik mənbələri sionist qüvvələrin Cənin şəhərinə bir neçə istiqamətdən hücum etdiyini və adı çəkilən iki xəstəxanadan əlavə, Qızıl Aypara Cəmiyyətinin qərargahını da mühasirəyə aldığını və snayperlərinin bəzi binaların damlarına yerləşdirildiyini bildiriblər.

Bu xəbərə görə, İsrailin casus təyyarələri də Cenin şəhəri üzərində uçuşlar həyata keçirir.

 “Palestine Online” internet saytı İordan çayının qərb sahilinin şimalında yerləşən Ceninin cənubundakı Qəbatiyyə qəsəbəsində baş verən qarşıdurmalarda “Şamix Kamal Əbdürrəbb” adlı fələstinli həkimin sionist əsgərlər tərəfindən güllələnərək öldürüldüyünü, üç nəfərin isə yaralandığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − 8 =