İordan çayının qərb sahilinin şimalında müqavimət əməliyyatları keçirilib

İordan çayının qərb sahilinin şimalında müqavimət əməliyyatları keçirilib

İbrani mənbələr İordan çayının qərb sahilinin şimalında yerləşən Tulkərimdə müqavimət əməliyyatlarının həyata keçirildiyini açıqlayıb. Digər tərəfdən, sionistlər tərəfindən fələstinlilərin həbsi davam edir.

Mehr Xəbər Agentliyinin Şahab News-a istinadən verdiyi məlumata görə, bu gün, cümə axşamı müqavimət döyüşçüləri İordan çayının qərb sahilinin şimalında yerləşən Tulkərimdə atışma əməliyyatı həyata keçirib.

Sionist rejim televiziyasının 7-ci kanalı elan edib ki, bu müqavimət əməliyyatında müqavimət döyüşçüləri ilə sionist hərbçilər arasında atışma baş verib, lakin hər iki tərəfdən heç bir tələfat qeydə alınmayıb.

Digər tərəfdən, sionist rejim əsgərləri bu gün səhər İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə basqın edərək, bu bölgələrdə həbs dalğası yaradıb və bir neçə fələstinlini həbs ediblər. Həmçinin, bu hücumlar zamanı fələstinli döyüşçülər sionistlərlə toqquşub.

Sionist hərbçilərin və qəsəbə sakinlərinin fələstinlilərə hücumlarının davamında azad fələstinli gənc Əhməd Ömər sionist rejim əsgərləri tərəfindən şiddətlə döyülüb. Sionistlərin bu vəhşi hərəkəti nəticəsində bu fələstinli gəncin kəllə sümüyü sındırılıb və müalicə olunmaq üçün Qüdsdəki xəstəxanaya aparılıb.

Sionist əsgərlər Qəzzənin şərqində və həmçinin, Xan Yunisin şərqində yerləşən Ət-Təqa bölgəsində fələstinli fermerlərə birbaşa atəş aça və gözyaşardıcı qazlardan istifadə edərək onları əkinçilik torpaqlarını tərk etməyə məcbur ediblər.

Sionist rejimin buldozerləri Sələfitin qərbində yerləşən Kəfrəd-Dik şəhərinin torpaqlarında yerləşən 300 metr uzunluğunda yolu şumlayıblar.

Bu addımlar sionistlərin “Baduel” qəsəbəsi üçün bu ərazidə yaşayan Fələstin torpaqlarının daha bir hissəsinin işğalına səbəb olacaq yeni marşrut yaratmaq məqsədilə atılıb.

Sionistlərin bu hərəkətinə fələstinlilərin etirazı nəticəsində onlarla sionistlər arasında toqquşmalar baş verib. Sionist əsgərlər fələstinliləri bu bölgədən uzaqlaşdırmaq üçün səs və gözyaşardıcı qaz qumbaralarından istifadə ediblər.

İşğal olunmuş Qüdsün cənubunda yerləşən Selvan bölgəsində sionist mühacirlər fələstinlilərə məxsus bir neçə avtomobilin şüşələrini sındıraraq vəhşi əməllərini davam etdiriblər.

Digər tərəfdən sionistlərin Məscidül-Əqsaya hücumlarının davamında sionist ordusunun birbaşa dəstəyi ilə 137 sionist mühacir bu müqəddəs məkana hücum edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + fifteen =