İordan çayının qərb sahilinin şimalında sionist yaşayış məntəqəsinə raket hücumu
Ötən aylarda İordan çayının qərb sahilinin şimalında mövcud olduğunu elan edən “Əl-Əyaş” qrupu İordan çayının qərb sahilində sionist qəsəbəni hədəf aldığını açıqlayıb.
Cenin şəhərində (İordan çayının qərb sahilinin şimalında) yerləşən “Əl-Əyaş” batalyonu bu səhər (bazar günü) sionistlərin “Əl-Cəlbu” bölgəsindəki “Ramun” qəsəbəsini “Qəssam 1” raketi ilə hədəfə aldığını açıqlayıb.
Bu qrup Ramun qəsəbəsinə raket hücumu elan edərkən, çətin təhlükəsizlik şərtlərinə, imkanların olmamasına, ciddi təhlükəsizlik məhdudiyyətlərinə baxmayaraq, müqavimət göstərməyə davam edəcəklərini və İordan çayının qərb sahilini işğalçılar üçün cəhənnəmə çevirəcəyini elan edib.
Bu yaxınlarda varlığını elan edən və Fələstin İslami Müqavimət Hərəkatına (HƏMAS) bağlı olan bu qrup sionist medianın bu batalyonun üzvlərinin həbsi ilə bağlı xəbərinə cavab olaraq vurğuladı: “Bizim mücahidlərimizdən heç birinin şəxsiyyəti müəyyən edilməmiş və həbs olunmamışdır.”
Əl-Əyaş batalyonu daha sonra əlavə edib ki, işğalçı qüvvələrin bu batalyonun üzvlərinin həbsi ilə bağlı təbliğ etdiyi şey saxta qələbə üçün bazarlıq etmək, məğlubiyyəti gizlətməyə və sağçı tərəfdarlarını razı salmağa çalışmaqdır.
Eyni zamanda bu qrup Məscidül-Əqsanın onların qırmızı xətti olduğunu və sionistlərin təcavüzləri qarşısında səssiz qala bilməyəcəyini, Fələstin mücahidlərinin lazımi anda reaksiya verəcəyini vurğulayıb.
Avqustun 15-i Əl-Əyaş batalyonu işğal altındakı İordan çayının qərb sahilinin şimalında sionistlərin Şaked qəsəbəsinə raket hücumu barədə məlumat vermişdi.
Cenində yerləşən bu qrup iyulun 27-də Ramon şəhərinə raket hücumuna görə də məsuliyyəti öz üzərinə götürüb.
Sionist mediası iyulun 29-da Cenin bölgəsindən sionistlərin Şaked qəsəbəsinə doğru iki raket atıldığını təsdiqləyib.
Son üç ayda İordan çayının qərb sahilinə 6 raket atılıb.