İordaniya “dost ölkələr”lə Qəzzaya humanitar yardım göndərib

İordaniya “dost ölkələr”lə Qəzzaya humanitar yardım göndərib

İordaniya ordusu “dost ölkələrlə” birlikdə Qəzza zolağının şimalına havadan humanitar yardım göndərib.

Məlumata əsasən, Qəzzanın şimalına havadan səkkiz təyyarə ilə ərzaq və humanitar yardımlar atılıb.

“İordaniya Silahlı Qüvvələrinin Kral Hərbi Hava Qüvvələrinə aid üç ədəd C-130 tipli təyyarəsi ilə yanaşı, üç ABŞ, bir Misir və bir Fransa təyyarəsi yardımlarda iştirak edib”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, 29 fevral tarixində Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 mindən çox fələstinli həlak olub, 72 mindən çox adam isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + two =