İordaniya: Qəzza uşaqlar və beynəlxalq qanunlar üçün qəbiristanlığa çevrilib
![İordaniya: Qəzza uşaqlar və beynəlxalq qanunlar üçün qəbiristanlığa çevrilib](https://sizinyol.org/wp-content/uploads/2024/03/171017402.jpg)
İordaniyanın Xarici İşlər naziri vurğulayıb: “Qəzza təkcə uşaqlar üçün deyil, beynəlxalq hüquq üçün də qəbiristanlığa çevrilib və bunun nəticələri viranedicidir.”
Əyman Səfədi deyib: “Qəzzada humanitar fəlakət hökm sürür və uşaqların öldürülməsinə və yeməkdən məhrum edilməsinə haqq qazandırmaq olmaz.”
O vurğulayıb: “Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili Agentliyinə (UNRWA) maliyyə yardımını kəsmək fələstinli uşaqların öldürülməsində iştirak etməyə bərabərdir.
UNRWA-nın alternativi yoxdur və bu agentliyə verilən bütün aktivlər insanların həyatını xilas etmək üçün təsirlidir.”
“İsrail Qəzza müharibəsində aclıqdan silah kimi istifadə edir və müharibə dayanmayınca bu faciə bitməyəcək”, deyə, o qeyd edib.