İordaniya və BƏƏ Qəzzədə atəşkəsi müzakirə etdi

İordaniya və BƏƏ Qəzzədə atəşkəsi müzakirə etdi

BƏƏ və İordaniyanın xarici işlər nazirləri Qəzzədə atəşkəs rejiminin icrası və  humanitar yardımların fələstinlilərə çatdırılması məsələsini müzakirə ediblər.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, İordaniyanın XİN başçısı İmən Əl Səfdiy BƏƏ həmkarı Abdullah Bin Zaid Qəzzədə atəşkəs barədə razılaşma istiqamətində görülə bilən tədbirlər barədə söhbət ediblər.

Rəəyil Yəvm qəzetinin yazdığına görə İordaniya və BƏƏ XİN başçılarının Qəzzə müharibəsindən sonra atəşkəs razılaşması barədə intensiv əməkdaşlığı təqdirəlayiqdir.

Bu görüşdə hər iki ölkə XİN-i Qəzzədə dərhal atəşkəs rejiminin bərpası, region təhlükəsizliyinin qorunması üçün ədalət, sülh və stabillik əsasında münaqişələrin həll olunmasını vurğulayıblar.

Xatırladaq ki, Fələstin Səhiyyə nazirliyinin məlumatına əsasən, Qəzzə zolağında 7 oktyabrdan başlayan sionnist təcavüzkarlıqlarında həlak olanların sayı 20424 nəfərdir. 54036 nəfər isə yaralı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 15 =