İordaniyada Bayden, Sisi, Abbas və Məlik Abdullah arasında dördtərəfli görüş keçirilir

İordaniyada Bayden, Sisi, Abbas və Məlik Abdullah arasında dördtərəfli görüş keçirilir

Media İordaniyanın çərşənbə günü Omanda ABŞ, Misir və Fələstin Muxtariyyət Təşkilatıi rəhbərlərinin iştirakı ilə dördtərəfli görüşə ev sahibliyi edəcəyini yazıb.

“New Arab” saytı İordaniya dövlət mediasına istinadən xəbər verir ki, bu görüş Qəzzadakı müharibənin region üçün “təhlükəli nəticələri” ilə bağlı məsləhətləşmələr üçün olacaq.

Görüşdə həmçinin “Qəzzada müharibəni dayandırmaq və sülh prosesini canlandırmaq üçün siyasi həll yolları tapmaq” müzakirə olunacaq. Kral Abdullanın Misir prezidenti Əbdülfəttah Əs-Sisi və Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas ilə üçtərəfli görüşü olacaq.

Çərşənbə axşamı günü yardım qruplarının karvanı

Fələstin hakimiyyətinin Rəfəh keçidinin açılması ümidi ilə bu keçidə doğru irəliləyib.

Misir hələlik keçidin açılmasına razılıq verməyib, yəni yardım Qəzzaya daxil ola bilməyəcək. Bundan əlavə, sionist rejimin davam edən hücumları şəraitində fələstinlilər və xarici ölkə vətəndaşları Qəzzanı tərk edə bilməyəcəklər.

Sionist rejim ötən həftənin bazar ertəsindən Qəzzəyə su, elektrik və yanacağın verilməsini kəsib və bu ərazini tam mühasirəyə alıb.

Qəzza bölgəsi Fələstinin müqavimət hərəkatı HƏMAS-ın Əl-Əqsa tufanı əməliyyatından sonra sionist rejimin intensiv bombardmanlarına məruz qalıb. Bu hücumlar qadın və uşaqların da olduğu ən azı 2800 nəfərin şəhid olmasına səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − six =