İordaniyalılar Qəzzalı uşaqları öldürən ” cinayət ortaqları”na qarşı etiraz edir

İordaniyalılar Qəzzalı uşaqları öldürən ” cinayət ortaqları”na qarşı etiraz edir

 İordaniyada müqavimət və islami hərəkatlar sionist rejimin Qəzza zolağında soyqırımının əsas şəriki, qeyd-şərtsiz dəstək verən Amerika səfirliyi qarşısına aksiya keçiriblər.

Əl-Aləm telekanalının məlumatına görə, bu gün (1 noyabr) keçirilən bu nümayiş Amerikanın İordaniyadakı səfirliyi ətrafında keçirilib. Aksiya “Amerika Qəzza və Livana qarşı təcavüzdə şərikdir” devizi altında təşkil olunub.

İordaniyadakı Müsəlman Qardaşlar qrupunun nəzarətçisi Murad Əl-Adaila bu nümayişin kənarında Əl-Aləm müxbiri ilə müsahibədə sionist rejimin Qəzza zolağının şimalındakı Cibaliyyə düşərgəsindəki vəhşiliklər barədə deyib: Bu cinayət ABŞ-ın qərarı və silahları ilə həyata keçirilməsi ilə yanaşı, siyasi və hərbi dəstəklərinə də arxalanır. Qəzza zolağında, Livanda və digər bölgələrdə baş verən bu cinayətlərə görə əsas məsuliyyət Ağ Ev daşıyır.

İordaniyalılar həmişə öz ölkə hakimiyyəti və bütün ərəb dünyasına sionist rejimin ABŞ-ın dəstəyi ilə “Böyük İsrail” yaratmaq xülyası ilə yaşadığını və Yaxın Şərqə nəzarət etmək istədiyi barədə xəbərdarlıqlar edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × two =