İran: Ağ Ev İsrail rejiminin müharibə cinayətlərinə dəstəyini dərhal dayandırmalıdır

İran: Ağ Ev İsrail rejiminin müharibə cinayətlərinə dəstəyini dərhal dayandırmalıdır

İranın Xarici işlər naziri Amerika təhlükəsizlik qüvvələrinin İsrail rejiminin hərbi cinayətlərinə etiraz edən professor və tələbələrə qarşı repressiya və sərt rəftarının dünyanın ictimai rəyini narahat etdiyini bildirərək Ağ Nümayəndələr Palatasının sionist rejiminin hərbi cinayətlərinə dəstəyini dərhal dayandırmasını yələb edib.

İRNA-nın məlumatına əsasən, Hüseyn Əmir Abdollahian Fələstinə dəstək aksiyalarına görə amerikalı tələbələrin repressiyalarına X sisoal media hesabında reaksiya verərək yazıb: ABŞ universitetlərində İsrail rejiminin soyqırımı və hərbi cinayətlərinə etiraz edən professor və tələbələrə qarşı təhlükəsizlik qüvvələrinin sərt rəftarları dünya ictimai rəyi tərəfindən dərin narahatlıq və ikrah hissi doğurur.

H.Əmir Abdullahian əlavə olaraq yazıb: Bu repressiya Vaşinqtonun İsrail rejiminə hərtərəfli dəstəyinin davamı ilə uyğundur və Amerika hökumətinin ifadə azadlığına qarşı ikili siyasətini açıq-aşkar göstərir. On minlərlə fələstinli qadın və uşağın soyqırımından sonra, xüsusilə də Qəzza zolağında Nasir xəstəxanasının yaxınlığında xəstələrin, yaralıların və tibb işçilərinin kütləvi məzarlarının aşkarlanmasından sonra İsrail rejiminə və ona qarşı qlobal nifrət dalğası başladığı üçün Ağ Ev dərhal İsrail rejiminin hərbi cinayətlərini dəstəkləməyi dayandırmalı və məsuliyyətə cəlb edilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × four =