İran: Ağ Ev sionist müttəfiqinin cinayətlərinə şərik qalmağı üstün tutur

İran: Ağ Ev sionist müttəfiqinin cinayətlərinə şərik qalmağı üstün tutur

İran XİN başçısı dünya ölkələrində sionist rejimin Qəzzə zolağındakı cinayətlərinə etiraz aksiyalarına işarə edərək deyib: Ağ Ev sionist cinayətlərinə şərik qalmağa və beynəlxalq auditoriyanın fikri ilə razılaşmamağa üstünlük verir.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian dünən axşam (6 oktyabr) BMT Baş Assambeleyasının iclasından sonra X hesabında yazıb: 120-dən artıq ölkə müharibənin dayandırılması lehinə səs verdi. Dünyadakı milyonlarla insan, hətta Vaşinqton xalqı belə sionist rejimin cinayətlərinə qarşı etiraz aksiyası keçirir. Amma Ağ Ev hələ də ümumi auditoriyanın fikri ilə müxalifət edərək süqut etmiş rejimin ortağı olmağa üstünlük verir.

Xatırladaq ki, H.Əmir Abdullahian bundan əvvəl də belə demişdi: Mən dəqiqliklə deyə bilərəm ki, sionist rejimin Fələstin xalqına qarşı müharibəsi ABŞ təhlükəsizlik ilə hərbi sisteminin ixtiyarındadır. Çünki süqut etmiş İsraili bu bataqlıqdan çıxarmağa çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 8 =