İran hökumətinin iqtisadi sözçüsü: İqtisadi artım tempi 6 faizi keçib

İran hökumətinin iqtisadi sözçüsü: İqtisadi artım tempi 6 faizi keçib

Hökumətin iqtisadiyyat sözçüsü İranın iqtisadi artım tempinin 6%-i keçdiyini bəyan edərək deyib: “İran Statistika Mərkəzinin bəhmən (21 yanvardan 19 fevraladək) hesabatı göstərir ki, bəhmən ayının sonunda ölkədə nöqtəbənöqtə inflyasiya 2,7% azalaraq 35,8% olub.”

Hökumətin iqtisadi sözçüsü Seyid Ehsan Xanduzinin mətbuat konfransı bu gün səhər saatlarında, çərşənbə axşamı, fevralın 27-də Kövsər Prezident binasında bir qrup media əməkdaşının iştirakı ilə keçirilib.

Xanduzinin sözlərinə görə, İranın bu ilin ilk 9 ayında iqtisadi göstəriciləri, mərkəzi bankın açıqlamasına əsasən, sabit artım şərtlərini təkrarlayıb, iqtisadi artım neft daxil olmaqla 5,1 faizə, neftsiz isə 2,5 faizə yüksəlib.

İqtisadiyyat və Maliyyə naziri bu ilin payızında neft sektorunda artımın 21,8 faiz təşkil etdiyinə toxunaraq deyib: “Ötən ilin payızında bu rəqəm 10,8% olub. Ötən ilin payızı ilə müqayisədə neftin 2 dəfə artması ölkənin sanksiyaları yarmaqda çox uğurlu olduğunu göstərdi.”

Xanduzu əlavə edib: “Beləliklə, bu ilin 9 ayında iqtisadi artım 6%-dən yuxarını təcrübə edir.”

Hökumətin iqtisadi sözçüsünün sözlərinə görə, bəhmənin sonunda ölkədə nöqtəbənöqtə inflyasiya 2,7% azalaraq 35,8% təşkil edib. Ötən ilin bəhmən ayı ilə müqayisədə azalma olub və bu ilin bəhmən ayında spot inflyasiya cari ilin ilk ayı ilə müqayisədə 19% azalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 2 =