İran hüquq-mühafizə qüvvələrinin baş komandanı Moskvaya gedib

İran hüquq-mühafizə qüvvələrinin baş komandanı Moskvaya gedib

İranın hüquq-mühafizə qüvvələrinin baş komandanı Sərdar Əhmədrza Radan Moskvaya səfər edib.

APA xəbər verir ki, bu barədə İranın Moskvadakı səfirliyi məlumat yayıb.

Məlumata əsasən, Sərdar Əhmədrza Radanın Moskvaya iki günlük səfəri çərçivəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Rusiya Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin (Rosqvardiya) direktoru Viktor Zolotovla və Rusiya güc strukturlarının digər nümayəndələri ilə görüşəcək.

Görüşlər zamanı hər iki ölkənin hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə ediləcək.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 1 =