İran idmançıları Bəhreyn para-taekvondo yarışında 5 qızıl medal qazanıb
İranın para-taekvondo komandası Bəhreyn beynəlxalq yarışında səkkiz müxtəlif medal qazanaraq başa vurub.
Dekabrın 9-da Manamada 15 ölkədən 56 taekvondoçunun iştirakı ilə Bəhreyn Beynəlxalq Para-Asiya yarışı keçirilib. Yekunda Gənclər arasında Asiya Para-Asiya Oyunlarında iştirak etməyə hazırlaşan ölkəmizin gənclərdən ibarət yığma komandası bu yarışlarda 5 qızıl, 3 bürünc medal və çempionluq titulunu qazanıb.
Bu yarışlarda ölkəmizin komandasına Zəhra Rəhimi, Aylar Cami, Əmirhüseyn Əlizadə, Əmirməhəmməd Həqiqətşünas və Əbülfəzl İmani 5 qızıl, Nərgiz Cavadi, Roza İbrahimi və Romina Çəmsurki də üç bürünc medal qazandırıblar.
Oğlanlar qrupunda para-taekvondo üzrə gənclərdən ibarət milli komandasına baş məşqçi kimi Əli Kərimi Sabir, məşqçi kimi isə Mehdi Purrəhmana, qızlar qrupunda isə baş məşqçi Zəhra Hüseyni, komandanın məşqçisi isə Mehri Şabani rəhbərlik edir. Həmçinin komandanı nəzarətçi kimi Cəmşid Söhrabi, həkim kimi isə Xeyrullah Qolizadə müşayiət edib.