İran ilk dəfə İsrailə qarşı hipersəs raketlərindən istifadə edib
İran dövlət televiziyası ölkənin İsrailə qarşı son hücumunda ilk dəfə hipersəs raketlərindən istifadə etdiyini açıqlayıb.
İran Dövlət Televiziyası IRIB-nin xəbərinə əsasən, İnqilab Keşikçiləri Korpusunun sionist rejimə qarşı son raket hücumunda ilk dəfə olaraq hipersəs raketlərindən istifadə edilib.
Xəbərə görə, İranın “Fəttah” hipersəs raketləri rejimin “Arrow-2” və “Arrow-3” raketdən müdafiə sistemlərini zərərsizləşdirib.
İran ilk hipersəs raketini 2023-cü ilin iyununda təqdim edib. 1400 kilometr məsafədən vura bilən “Fettah” raketi İrana məxsus dördüncü raket növü olaraq qeyd edilir.
Bu inkişafla İran Rusiya, Çin və ABŞ-dan sonra hipersəs silahlarına sahib olan dördüncü ölkə oldu.