İran: İslam ölkələrinin Qəzzəyə yardım etməsi lazımdır
İran XİN başçısı Qəzzədəki vəziyyətlə əlaqədar islam ölkələrinin ciddi fikir birliyinin zərurətin vurğulayıb.
Əl Aləm telekanalının məlumatına əsasən, Hüseyn Əmir Abdullahian İslam Əməkdaşlıq Təşkilatı XİN-lərinin fövqəladə iclasında deyib: Bu böhranlı vəziyyətdə İƏT-in yetərsizliyi müşahidə olunduğu bir vaxtda islam ölkələrinin fikir birliyi Fələstin xalqına dəstək üçün səfərbər olmalıdır, soyqırımına məruz qalmış xalqın bu vəziyyətdən çıxarılmasına sərf edilməlidir.
İsrail rejiminin Fələstin soyqırımı mövzusunda Ciddədə keçirilən iclasda iştirak edən İran rəsmisi deyib: Qəzzə soyqırımının dünya faciəsinə çevrildiyi bir halda bunu diplomatik zarafat kimi qəbul etmək ağılasığmazdır. Çünki soyqırım dəstəkçiləri timsah göz yaşları tökərək həqiqətlərin üzərinə qalın pərdə çəkməyə çalışırlar. Halbuki bu həqiqətləri gizlətmək mümkün deyil.