İran: İslam və ərəb ölkələri Fələstin xalqına dəstək çıxmalıdırlar

İran: İslam və ərəb ölkələri Fələstin xalqına dəstək çıxmalıdırlar

İranın xarici işlər naziri Əmirliklər həmkarı ilə telefon söhbətində son zamanlar Fələstində baş verən hadisələr və sionist rejim cinayətləri barədə fikir mübadiləsi aparıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian Abdullah Bin Zaid Nəhyanla telefon danışığında Qəzzədəki son durumla əlaqədar ərəb və islam ölkələrinin Fələstin xalqına dəstək verməsini vurğulayıb.

Əmir Abdullahian deyib: İşğalçı rejimin Qəzzədə anti-humanitar rəftarları, yaşayış evləri, xəstəxanalar və məktəbləri hədəfə alması, məişətə zəruri olan su, qaz və elektriki kəsməsi sistematik cinayətin bir nümunəsidir.

Onun sözlərinə görə bu vəziyyətin belə davam edəcəyi təqdirdə şərait daha da çətinləşəcək və bu cinayətlərin məsuliyyəti isə məhz Qüds işğalçısı sionist rejimin üzərinə düşür.

Abdullah Bin Ziad Ali Nəhyan da öz növbəsində Fələstin xalqına dəstək verilməsinin zərurətini vurğulayaraq deyib: BMT və Qırmızı Xaç təşkilatlarının da Qəzzə xalqına dəstək olması, yaralıların təhlükəsiz bir yerə daşınması üçün tədbirlər görməsi lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 4 =