İran İsrailin Suriya ərazisinə hava zərbələri endirməsinə münasibət bildirib

İran İsrailin Suriya ərazisinə hava zərbələri endirməsinə münasibət bildirib

 “Sionist rejiminin rəhbərləri bölgədə təhlükəsizliyi görməyə taqətləri yoxdur. Onlar öz təhlükəsizliyini bölgəni təhlükəli etməkdə və regionun sabitliyini pozmaqda görürlər… Suriyanın haqqı var ki, bu təcavüzlərə cavab versin… Dünya ictimaiyyətinin bu cinayətlərin qarşısında sakit durması ona növbəti təcavüzlər üçün yaşıl işıq yandırması deməkdir.”

SalamNews Mehr-ə istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

İsrailin dekabr ayının 28-də Suriyanın Laziqiya dəniz limanına endirdiyi hava zərbələrini pisləyən İran rəsmisi dünya ictimaiyyətini bu təcavüzə tutarlı cavab verməyə çağırıb.

O bildirib ki, bu təcavüzün qarşısında sakit qalmaq, İsrailə təcavüzlərini davam etdirmək üçün yaşıl işıq yandırmaq deməkdir.

Səid Xətibzadə bildirib ki, İsrailin rəhbərliyi bölgədə sabitliyi görməyə dözümləri yoxdur və onlar öz təhlükəsizliyini də regionun təhlükəli olmasında görürlər.

“Onlar Suriya ərazisinə əsassız və uydurma bəhanələrlə davamlı hücum edərək, bütün beynəlxalq qanunların pozur və onları istehza edirlər”, deyə İran XİN rəhbəri Suriyanın bu təcavüzlərə cavab verməyə qanuni hüquqi çatdığını bildirib.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 3 =