İran kinosu eşq məsti olur

İran kinosu eşq məsti olur

Həsən Fəthinin çəkdiyi “Məste-eşq” (Eşq məsti) filmi İran kinosunun mühüm və beynəlxalq layihələrindən biri olaraq arif və salehlərin sevimli şəxsiyyəti Mövlana Cəlaləddin Məhəmməd Bəlxinin həyatını təsvir edir. Film artıq kinoteatr ekranına çıxmışdır və elə ilk gündə İran kinosunda ən çox satılan filmin rekordunu qırmışdır.

“Məste-eşq” filmi fars ədəbiyyatının fars dilli şairi, öz əsrinin böyük şəxsiyyətlərindən biri və iranlı arif cənab Şəms Təbrizi ilə tanış olduqdan sonra irfan və seyri-süluk mərhələlərini keçmiş Mövlana Cəlaləddin Məhəmməd Bəlxinin həyatından bəhs edir. “Məste-eşq” bu iki dostun bir-biri ilə necə tanış olması və qarşılaşdıqları hadisələri mövzu olaraq seçmişdir. Ehsan Cavanmərd və Fərhad Tohidinin ssenarisi əsasında hazırlanmış filmdə doktor Məhəmmədəli Muvəhhid kimi mövlanaşünaslardan məsləhət alınmışdır və hekayənin reallığa çox yaxın olması üçün səy göstərilmişdir.
Mövlana və Şəms Təbrizinin hicri 640-645-ci illərdəki həyatından bir parça olan bu filmdə Mövlananın Şəms Təbrizi ilə münasibəti, Mövlananın ona bəslədiyi sevgi, Şəmsin Mövlananın həyatına və şeirlərinə böyük təsiri, onun Allaha sevgisi təsvir olunur.
Əslində filmdə tamaşaçılar Mövlananın 5 illik həyatını izləyir və bu 5 ildə bu böyük arifin həyatında çox şeylər baş verir.
“Məste-eşq” filminin cəlbedici cəhətlərindən biri də bir sıra tanınmış aktyorların bir yerdə toplanmasıdır. Bu filmdə İran və Türkiyə kinosunun məşhur ulduzları bir araya gəlmişdir və bu filmi son illərin ən önəmli və ulduzlu filmlərindən biri hesab etmək olar. Mövlananın rolunu İran kinosunun tanınmış və sevimli aktyoru Parsa Piruzfər ifa edir. Şəhab Hüseyni də bu əsərdə fərqli və möhtəşəm qrimlə Şəms Təbrizi rolunda yer alır. Filmin digər əsas şəxsiyyətlərindən olan Hüsaməddin Çələbi rolunda isə Hisam Mənzur çıxış edir.
Sultan Vəlid rolunda türk kinosunun məşhur aktyoru Burak Tozkoparan yer alıb. Əlaəddin rolunu ifa edən digər görkəmli türk aktyoru Buran Kuzumdur. Amma “Məste-eşqdə” ən önəmli simalarından biri Mövlananın qızı Kimya Xatun obrazında görünən türk televiziya və seriallarının ulduzu Hande Erçeldir. Məryəm rolunda Bensu Sural, Mövlanənin həyat yoldaşı Kirra Xatun rolunda Salma Argeç, İbrahim Çəlikkol İsgəndər rolunda iştirak edir. Daha əvvəl möhtəşəm Hürrəm Sultan serialında əsas rol oynamış məşhur türk ulduzu Xalid Ergenç bu filmin digər aktyorlarından biridir.
Bu əsərin prodüseri Mehran Brumənddir və o, bu filmi Türkiyənin sərmayəçiləri ilə birlikdə istehsal etmişdir və bütün görüntülər Türkiyədə lentə alınıb.
Ömər və Hürrəm Sultan kimi əsərlərin bəstəkarı Fahir Atakoğlu bu filmin musiqisini bəstələməyi öhdəsinə almışdır və Əlireza Qurbani başlıq musiqisini ifa etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × two =