İran KTMT-nin təlimlərinə dəvət olunub

İran KTMT-nin təlimlərinə dəvət olunub

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) İranı təşkilatın “Döyüş Qardaşlığı – 2023” təlimlərinə müşahidəçi qismində dəvət edib.

“Report” xəbər verir ki, bunu KTMT-nin Birgə Qərargahının rəisi general-polkovnik Anatoli Sidorov avqustun 28-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, təlimlərə həmçinin Çin, Səudiyyə Ərəbistanı və Monqolustan hərbi müşahidəçiləri də qatılacaq.

A.Sidorov təlimlərin planını açıqlamayıb, lakin aviasiya komponentinə və xüsusən də çoxlu sayda pilotsuz uçuş aparatlarının istifadəsinə ciddi diqqət yetiriləcəyini vurğulayıb.

Qeyd edək ki, “Döyüş Qardaşlığı – 2023” təlimləri sentyabrın 1-dən 6-dək Belarusda keçiriləcək.

Xatırladaq ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Tacikistan, Qazaxıstan və Qırğız Respublikası daxildir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 19 =