İran MN: “Şəhid Süleymaninin qatillərini izləmək hüququmuz var”

İran MN: “Şəhid Süleymaninin qatillərini izləmək hüququmuz var”

Eastnews.org-un verdiyi xəbərə görə, İranın Müdafiə naziri general Əmir Xatəmi bu gün çıxışında general Qasim Süleymaninin terrorla mübarizədəki roluna toxunaraq, “Düşmənin general Qasim Selymanini şəhid etməsində məqsəd bölgə xalqı tərəfindən ABŞ-ın daha çox alçaldılmasının qarşısını almaq idi”, – deyib.

General Qasim Süleymaninin dünyada azadlıq istəyən insanların qəlbində qalacağını ifadə edən nazir Xatəmi “Şəhid Süleymaninin qatillərini izləmək hüququmuz var və bu cinayəti törədənlər daim bu qorxu ilə yaşayacaqlar”, – deyə bildirib.

Müqavimətin düşməni var gücü ilə Qərbi Asiyadan qovmağa çalışdığını qeyd edən nazir ABŞ-ın siyasi arenada məğlubiyyətinə işarə edərək, “İran millətinin müqaviməti nəticəsində beynəlxalq ictimaiyyət və BMT Təhlükəsizlik Şurası ABŞ-ın tələbini qəbul etmədi”, – sözlərinə yer verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + 13 =