İran Ordusunun Ali Baş Komandanı: “Doğru vəd” əməliyyatı İsrailin məhvini sürətləndirdi

İran Ordusunun Ali Baş Komandanı: “Doğru vəd” əməliyyatı İsrailin məhvini sürətləndirdi

İran İslam Respublikası Ordusunun Ali Baş Komandanı deyib: Əl-Əqsa tufanı və Doğru vəd əməliyyatları qəsbkar və uşaq qatili İsrail rejiminin məhvini sürətləndirdi.

General-mayor Seyid Əbdürrəhim Musəvi cümə axşamı günü Məşhəddə İran İslam Respublikası Ordusunun beş şəhid ailəsi və iki veteranına fədakarlıq ordeni təltif etmə mərasimi çərçivəsində jurnalistlərə müsahibəsində bildirib: İnqilabın Ali Rəhbəri “İsrailin qarşıdakı 25 ili görməyəcəyini” buyurub. Əl-Əqsa tufanı və Doğru vəd əməliyyatları sionist rejimin məhv olma prosesini sürətləndirdi və dünya tezliklə bu xərçəng şişindən xilas olacaq.

O, dünyanın və bölgənin bu 2 əməliyyatdan əvvəl və sonraya ayrıldığını ifadə edərək deyib: Əl-Əqsa tufanı və Qəzza müqaviməti dünyanı yeni bir istiqamətə apardığı kimi, Doğru vəd əməliyyatı da dünyada yeni bir strateji hərəkat yaratdı.

Ordunun Ali Baş Komandanı dedi: Ordu qanunlar çərçivəsində qarşıya qoyulan missiyanı yerinə yetirməkdə fəaldır, təhdidləri izləmək və gələcəyi araşdırmaqla daim özünü gələcək təhlükələrə hazırlayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − six =