İran-Pakistan sərhədində nə baş verib?

İran-Pakistan sərhədində nə baş verib?

İran İslam Respublikası Pakistan rəsmilərindən bu səhər baş verən hücumlarla bağlı izahat tələb edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Səravan yaxınlığındakı sərhəd kəndinə hücumunu şiddətlə pisləyib və hücumla əlaqədar Pakistanın Tehrandakı Səfirliyinin müvəqqəti işlər vəkili nazirliyə çağırılıb.

Sistan və Bəluçistan əyalətinin təhlükəsizlik rəsmisi Əlirza Mərhəməti deyib: “Cümə axşamı səhər saat 4:30-da Səravan şəhəri ərazisində bir neçə partlayış səsi eşidilib”.

Hücumda 5 qeyri-iranlı kişi və qadın, eləcə də 4 uşağın həlak olduğu qeyd edilir.

O, əlavə təfərrüatların yaxın saatlarda açıqlanacağını bildirib və əlavə edib: “Təhlükəsizlik və hüquq-mühafizə orqanları məsələni araşdırır”.

Bu arada Pakistanın Xarici İşlər Nazirliyi Səravan yaxınlığındakı sərhəd kəndinə hücumlarla bağlı verdiyi açıqlamada iddia edib ki, Pakistan İranın Sistan-Bəluçistan əyalətində terrorçuların sığınacaqlarına qarşı xüsusi hədəflənmiş bir sıra hərbi hücumlar həyata keçirib.

Bu bəyanatda həmçinin deyilir: “Pakistan İran İslam Respublikasının suverenliyinə və ərazi bütövlüyünə tam hörmət edir. İran qardaş ölkədir və Pakistan xalqı İran xalqına böyük məhəbbət bəsləyir. Biz terrorizm təhlükəsi də daxil olmaqla ümumi problemlərlə mübarizədə həmişə dialoq və əməkdaşlığı vurğulamışıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + fifteen =