İran prezidenti Para-Asiya oyunlarındakı uğurları münasibətilə İran idmançılarını təbrik edib

İran prezidenti Para-Asiya oyunlarındakı uğurları münasibətilə İran idmançılarını təbrik edib

İran prezidenti Çinin Hançjou şəhərində keçirilən Para-Asiya oyunlarında ikinci yeri tutması münasibətilə təşkilatçılar, məşqçilər və idmançılar da daxil olmaqla İranın idman karvanının bütün üzvlərini təbrik edib.

Seyid İbrahim Rəisi dünən etdiyi təbrik müraciətində vurğulayıb: Hançjou şəhərində keçirilən dördüncü Para-Asiya oyunları İslami İran idmanı üçün başdan-başa izzət və başıucalıq olub. İran idmançıları iranlı iradəsi və stimulu ilə o qədər qüdrətlə rəqabət apardılar və elə təəssübkeşliklə dayandılar ki, bu tədbirin medal sıralamasındakı ikinci yer əziz ölkəmizin adı ilə parladı.

Çinin Hançjou şəhərində keçirilən dördüncü Para-Asiya oyunlarında qırx dörd qızıl, qırx altı gümüş və qırx bir bürünc medal və ümumilikdə yüz otuz bir medal qazanan İran nümayəndələri yarışların müxtəlif dövrləri ilə müqayisədə özlərinin ən tarixi nəticələrini qeydə aldırmağa müvəffəq oldular. Onlar bu parlaq göstərici ilə/ yarış cədvəlində Yaponiya və Cənubi Koreyadan yuxarıda- ikinci pillədə durdular.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + 7 =